İsmayıllı Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub.

Unikal.org-un məlumatına görə, icra başçısı Nahid Bağırovun əmri ilə, Səlimov Əfqan Firudin oğlu Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Kərimov Namiq Hafiz oğlu RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ə.Səlimov Vətən Müharibəsi iştirakçısıdır.