İtaliyanın “Milan” klubu heyətinə yeni qapıçı qatmaq niyyətindədir.

Unikal.org xəbər verir ki, A seriyası təmsilçisi Fransa “Lill”inin qolkiperi Mayk Menyanı transfer etməyə qərar verib.

25 yaşlı əlcək sahibi komandadan ayrılacağı gözlənilən Canluici Donnarumanı əvəz etməlidir. Menyan cari mövsümdə “Lill”də 43 matça çıxıb. O, öz qapısından 35 top buraxıb.