Daha bir yunan-Roma güləşçisimiz Varşavada keçirilən Avropa çempionatında üçüncülük uğrunda mübarizə aparmaq üçün növbəti mərhələyə vəsiqə qazanıb.

Unikal.org xəbər verir ki, 77 kq çəki dərəcəsində döyüşən Sənan Süleymanov təsəlliverici qarşılaşmada Ermənistan təmsilçisi Varujan Qriqoryanı məğlub edib.

Ötən il Romadakı Avropa çempionatını qızıl medalla başa vuran Süleymanov "bürünc" qarşılaşmasında bu gün axşam Bakı vaxtı ilə saat 200.00-da ukraynalı Dmitri Pışkovla üz-üzə gələcək.