Böyük Britaniya kraliçası II Yelizavetanın əri şahzadə Filipin rəsmi ölüm səbəbi qocalıq göstərilib.

Unikal.org  xəbər verir ki, bu barədə “Telegraph” nəşri onun ölüm sənədinə istinadla xəbər yayıb.

Daha əvvəl kral ailəsi şahzadənin ölümünün səbəbini açıqlamamışdı. Ailənin həkimi sənədlərdə 99 yaşlı şahzadənin qocalıqdan öldüyünü göstərib. Ölümə səbəb olacaq başqa bir xəstəlik və ya zədə olmadığı qeyd edilib. Eyni zamanda, ölümündən bir neçə həftə əvvəl şahzadə ürək əməliyyatı keçirib.