ABŞ üç erməni hərbçisinin Azərbaycan tərəfindən geri qaytarılmasını alqışlayıb.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin tvitterdəki paylaşımında deyilir.

“Hər iki tərəfi bütün məhbusların, saxlanılmış şəxslərin, əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi prosesini tam və operativ şəkildə başa çatdırmağa, eyni zamanda məhbuslarla insani rəftarın təmin edilməsinə dair öhdəliklərinə əməl etməyə çağırırıq”, – ABŞ dövlət katibinin açıqlamasında deyilir.