Balakəndə minik avtomobili çaya düşüb, biri ağır olmaqla üç nəfər xəsarət alıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

Zaqataladan Balakən şəhəri istiqamətində hərəkətdə olan “VAZ 21099” markalı minik avtomobilinin qarşısına at çıxması səbəbindən maşın idarəetmədən çıxaraq ərazidən axan çaya düşüb. Qəza zamanı biri ağır olmaqla üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya aparılıblar, onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.