Azərbaycanda erməni sevgisi
Azərbaycanda erməni sevgisi

Ermənilərin sayı ölkədə artır

Xalq yazıçısı Əkrəm Əylislinin yazdığı və toplum olaraq azərbaycan xalqının təhqir olunduğu "Daş yuxular" romanı erməni mövzusunu yenidən gündəmə gətirdi. Amma biz xalq yazıçısının əsərinə yox bu gün Azərbaycandakı erməni probleminə diqqət ayıracağıq. Söhbət Azərbaycanda yaşayan ermənilərdən gedir. "Unikal" qəzetinin apardığı araşdırmalara görə Azərbaycanda yaşayan erməniləri bir neçə qurupa bölmək olar.

Erməniliyini saxlayan qurup

Birinci qurupa rəsmi sənədlə erməniliyini təsdiqləyənlər daxildir. Belə şəxslər 1988-ci il olaylarında ölkəni tərk etməyib yaşadıqları yerdə qalanlardır. Araşdırmalarımız sübut edir ki, bu şəxslər əsasən yaşlı şəxslərdir və həmin illərdə ya ölkəni tərk etmə imkanları olmayıb, yada yaşadıqları ərazidə ki, azərbaycanlılar tərəfindən himayə olunublar. Belə şəxslərin böyük bir qismi əyalətlərdə yaşayır.Çox maraqlıdır ki, bu şəxslər azərbaycan dilində danışır və fərqli toplumdan olduqlarını o qədərdə hiss etdirmirlər. Bununla yanaşı son bir neçə il ərzində bu şəxslərdə bir aktivlik hiss olunmağa başlayıb. Belə ki, əsasən Bakıda yaşayan bu ermənilər mülk davası edir, vətəndaşlıq hüquqlarını tam bərpa etmək üçün ayağa qalxıblar. Bakının əsasən Nərimanov metrosu ətrafında yaşayn belə ermənilərdən ikisi bir müddət öncə şəxsiyyət vəsiqəsi almaq üçün məhkəməyə müraciət etdilər və qalib gəldilər. Araşdırmamız bunu da göstərir ki, hazırda bir zamanlar bakını tərk etiş ermənilərdə geri qayıtmaq üçün hərəkətə keiçblər. Hətta elələri var ki, Bakıya gəlməsələrdə bir zamanlar Bakıda sahib olduqları evin onlara geri qaytarılması üçün məhkəmələrə də müraciət edirlər. Çox ciddi məqamlardan biri də budur ki, dünənə qədər Azərbaycanda yaşayan ermənilərin, ölkə kənarındakı ermənilərlə əlaqələri olmasada indi artıq bu əlaqələr bərpa edilib.

Azərbaycanlı şəxsiyyət
vəsiqəsi olan ermənilər

Azərbaycanda yaşayan ermənilərin bir qismi isə 1988-ci illərdə ad-soyadlarını dəyişdirib azərbaycanlı soyadı ilə yaşayanlardır. Demək olar ki, belə ermənilərdə kifayət qədərdir və onlar indinin özündə də əsl kimliklərini gizlətməyə çalışırlar. Qeyd edək ki, əslində bu qurupa daxil olanlarda əsasən yaşlı şəxslərdir. Özləri soyadlarını dəyişib ölkədə qalsalarda övladlarını ölkədən çıxarda biliblər və zaman-zaman ölkədən kənarda görüşürlər. Bunu da qeyd edək ki, son zamanlar bu cür ermənilərin sayı kifayət qədər azalıb.

Qarışıq qurup

Bu gün Azərbaycanda daha çox üstünlük təşkil edən ermənilər,əslində təmiz ermənilər deyil. Valideyinlərinin biri erməni, digəri isə azərbaycanlı olanlardır. Bu qurupu əslində erməni qurupuna daqxil etmək düzgün deyil. Amma son zamanlar bu qurupa daxil olan şəxslərin özlərini erməni olaraq tanımağa maraq göstərmələri səbəbindən həm də bunların bir qismini erməni qurupu adlandırmaq olar. Hətta buda qeyd olunur ki, belə qurupa daxil olan şəxslərin bir hissəsi xristian dinini qəbul ediblər və şəhərin yasamal və Binəqədi rayonlarında yerləşən xüsusi mənzillərdə dini ayinlərdə həyata keçirirlər. Çox maraqlıdır ki, bu qurupa daxil olan şəxslərin böyük əksəriyyəti dövlət vəzifələrində də çalışırlar. Düzdür onların kimliyi tam olaraq cəmiyyətə məlum deyil. Amma lazımi qüvvələr bu şəxslərin kimliyini yaxşı bilir. Bir məsələdə çox maraqlıdır, nədən erməni qarışığı olan bu şəxslərin bir hissəsi son zamanlar erməni meyilliliyi nümayiş etdirirlər? Psixoloq Azər Əliyev bildirir ki, bunun bir neçə səbəbi var. İlk səbəb budur ki, belə şəxslərin adətən anaları erməni olur və ana tərbiyyəsi insanın şəxsiyyətinin formalaşmasına ciddi təsir edir. Bu təsir isə bir müddətdən sonra ortaya çıxır. Buna görə belə şəxslərin ana tərəfə meyillənməsi təbii haldır. Bundan başqa ikinci xüsusi məsələ, öz şəxsiyyətinin, mühitinin yenilənməsi məsələsidir. İnsan daima yeniliyi sevir və belə insanlar yeniliyi məhz milliyətində tapır. Üçüncü amil, uzun müddət ana kimliklərini gizlətməyə məcbur olmaları ilə bağlıdır. Qadağalar hər zaman insanlar üçün cəlbedici olub və indi bu insanlar məlum cəlbediciliyə meyillənirlər.
Mehdi