Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalına start verilib.
Festivalın açılışında prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Arzu Əliyev ilə Leyla Əliyeva iştirak edib.
Unikal.org
xəbər verir ki, festival bitdikdən sonra Şuşa şəhərində möhtəşəm atəşfəşanlıq baş tutub. 

Atəşfəşanlığı Xankəndidə yaşayan ermənilər də görüb. Onlar atəşfəşanlığın görüntülərini sosial şəbəkələrdə paylaşıblar.