Qəzzada “HƏMAS”ın üzvlərinin olduğu və qruplaşmanın silah-sursat gizlətdiyi yüksəkmərtəbəli bina tamamilə dağıdılıb.

Unikal.org xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Qeyd olunub ki, binada olan şəxslərin oranı tərk etməsi üçün bir saat vaxt verilib. Bir saatdan sonra İsrail ordusu 11 mərtəbəli binanı dörd raket zərbəsi ilə darmadağın edib.