Mədəniyyət naziri Anar Kərimov uşaq vaxtı və bir neçə gün əvvəl “Xarıbülbül” festivalında iştirak edərkən Şuşada, İsa bulağında çəkdirdiyi fotonu paylaşıb.

Unikal.org xəbər verir ki, eyni rakursda illər sonra foto çəkdirən nazir Tvitter hesabında olan paylaşımında qeyd edib ki, ilk dəfə Şuşada olarkən şəhərin gözəlliyi onu valeh edib. “36 ildən sonra yenidən burda olmaq, İsa bulağının müqəddəs suyundan içmək böyük xoşbəxtlikdir. Şuşa həmizə qəlbimizdə mədəni identikliyimizin simvolu olub”-deyə nazir yazıb.