Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Onik Qasparyan ikinci prezident Robert Koçaryanın seçki qərargahında təmsil olunur.

Unikal.org xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Qeyd olunur ki, Qasparyan Koçaryanın “Hayastan” seçki blokunun Tavuş regional bölməsində əsas idarəçilərdən biridir.

Xatırladaq ki, Onik Qasparyan baş nazir Nikol Paşinyanı istefaya çağıran bəyanatından sonra vəzifəsindən azad edilib. Onun istefaya göndərilməsi Ermənistanda böyük siyasi qalmaqala səbəb olub.