Hindistanda koronavirus vahiməsi günü-gündən artmağa davam edir. Son sutkada 4 min 329 insan virusun qurbanı olub.

Unikal.org xəbər verir ki, Covid-19-dan ölən hindistanlı qadın son anda ölümdən xilas olub.  Belə ki,  həkmlər onun nəfəs  almadığını görərək, öldüyünü zənn ediblər. Daha sonra Hindistan adət-ənənənələrinə uyğun olaraq 76 yaşlı qadın yandırılmağa aparılıb.  Bu zaman qadın anidən dirilib.  

Qadının  tez dirilməsi onu yanaraq ölümdən xilas edib.