Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, qəza Rəşid Behbudov küçəsində baş verib.

1997-ci il təvəllüdlü Əhmədov Qoşqar Sərvər oğlu idarə etdiyi velosipedlə yol kənarında hərəkətdə olan zaman onu “Bakubus MMC”yə məxsus 2 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.
Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.