“Bütün əsas sanksiyalar ləğv olunacaq, bununla bağlı razılıq əldə olunub”.

Unikal.org-un xəbərinə görə, bunu İran Prezidenti Həsən Ruhani Neft Nazirliyinin layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

H. Ruhani bildirib ki, neft, neft-kimya, gəmiçilik, sığorta, bank və digər sahələrdə əsas sanksiyaların ləğv edilməsi barədə razılıq əldə edilib və bu məsələ bitib.

“Hazırda çox kiçik və cüzi məsələlər barədə danışıqlar qalıb”, - deyə İran Prezidenti vurğulayıb.