Gömrük orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Unikal.org xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev paylaşım edib.

O bildirib ki, ölkənin cənub sərhədində - Astara gömrük postunda 244 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.