Kanadanın Britaniya Kolumbiyası əyalətində yerli xalqı assimilyasiya (bir xalqın digər xalqla öz dilini, mədəniyyətini və s. itirmək yolu ilə təbii və ya zorakı qarışması) edən bir internat məktəbində 215 uşaq cəsədi qalıqları tapılıb.

Unikal.org xəbər verir ki,  bundan sonra  “Kamloops” yerli internat məktəbində aparılan araşdırmalarda  daha 800 uşağın cəsədi də  aşkarlanıb. Bu uşaqların cinsi istismar, psixoloji zorakılıq və tibbi təcrübələr nəticəsində öldüyü öyrənilib. 

Bununla bağlı “Məktəbdə tapılan məzarlıq məni çox kədərləndirdi",- mesajını paylaşan Kanada Baş naziri Castin Trüdo hadisəni "ölkəmizin tarixinin utanc verici dövrünün ağrılı bir xatirəsi" olaraq xarakterizə edib. Uşaqların necə və nə vaxt öldüyü yerli hakimiyyət orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, Kanadada yerli uşaqlar 1800-1900-cü illərdə assimilyasiya etməyi hədəfləyən hökumət və dini qurumlar tərəfindən idarə olunan internat məktəblərinə getmək məcburiyyətində qalmışdılar.