Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Unikal.org xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi Moldova Respublikasının xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə qeyd etmək istəyirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud xoş münasibətlər qarşılıqlı etimada və hörmətə əsaslanır.

Əminəm ki, müxtəlif sahələrdə Moldova-Azərbaycan dialoqu bundan sonra da dinamik inkişaf edəcək. Xalqlarımızın və dövlətlərimizin rifahı naminə ümumi səylərimizlə bu mühüm hədəfi reallaşdırmağa hazır olduğumuzu bir daha təsdiq etmək istəyirəm.

Zati-aliləri, Sizə olan yüksək ehtiramımı qəbul edin".

15:58

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Unikal.org-un məlumatına görə, təbrikdə deyilir:

"Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq.

Bu xoş fürsətdən istifadə edərək Sizə xoşbəxtlik və möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayırıq."

*** 15:32

Seneqal Respublikasının Prezidenti Məkki Sall Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Unikal.org-un məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə və dost Azərbaycan xalqına davamlı rifah və tərəqqi arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında səmimi dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək üçün Sizinlə işləməyə hazır olduğumu bir daha təsdiq edirəm".