Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müxtəlif marka enerji içkilərinin monitorinq edilib. Müəyyən edilib ki, əksər enerji içkiləri tərkibindəki kofenin və digər maddələrin miqdarı onun enerji içkisi olmadığını deməyə əsas verir.

Unikal.org Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov deyib.

“İstehlakçıların diqqətinə çatdırmaq istəyirəm ki, tərkibindəki kofenin miqdarı 15-dən aşağı olduğuna görə, o, enerji içkisi sayılmır. O, adicə sərinləşdirici içkidir. Onu istehlak etmək olar, ancaq onu enerji içkisi kimi istifadə edilməməlidir. Onun stimullaşdırma effekti olmayacaq”, - o bildirib.