Türkiyə Silahlı Qüvvələri 6 terrorçunu zərərsizləşdirib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə ordusu "Sülh çeşməsi" əməliyyat bölgəsində hücuma cəhd edən 4, “Fərat qalxanı” bölgəsində isə 2 PKK/PYG terrorçusunu zərərsizləşdirib”, - məlumatda bildirilib.