İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 120 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 81 183 əfərə yüksəlib.

İranda ötən sutka ərzində 4 907 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 2 971 270 nəfərə çatıb.