Türkiyəli müğənni Yıldız Tilbe növbəti dəfə sosial şəbəkə paylaşımı ilə pərəstişkarlarını heyrətləndirib.

Unikal.org xəbər verir ki,  bu dəfə müğənninin fotosundan daha çox maraq oyadan pərəştişkarlarının birinin yazdığı rəy olub.

“Bu fotonu qızıma göstərdim. “Tanıya biləcəksənmi?” dedim. O, isə babasına oxşatdı. Sonra həyat yoldaşıma göstərdim və o da qardaşıma oxşatdı”, - deyə rəydə qeyd olunub.