Böyük Britaniya AB ilə ticarət mübahisəsində ərazi bütövlüyünü qorumaq üçün əlindən gələni edəcək.

Unikal.org xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Boris Conson "Skay Nyus"a açıqlamasında deyib.

O, Avropa Birliyini heç bir həll yolu tapılmadığı təqdirdə, sərt tədbirlər görəcəyi ilə hədələyib:

"Avropa Birliyindəki bəzi insanlar İngiltərənin bir ölkə və bir bölgə olduğunu səhv başa düşürlər. Düşünürəm ki, bunu başlarına salmaq lazımdır.

Protokol bu şəkildə həyata keçirilməyə davam edərsə, o zaman 16-cı maddəyə müraciət etməkdən çəkinməyəcəyik".