2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 069 nəfər şagird bitirir.

Təhsil Nazirliyindən Unikal.org-a bildirilib ki, onlardan 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.

2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub.

2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.

Qeyd edək ki, bu gün ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunur.