Gürcüstanda ötən sutkada daha 311 nəfər koronavirusa yoluxub, 12 pasiyent vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Son 24 saatda daha 936 nəfər sağalaraq evə buraxılıb.

Hazırkı dövrədək qonşu ölkədə indiyədək COVID-19-a 354 276 yoluxma halı müəyyən edilib. Yolunxanların 340 328-i sağalıb, 5 060-ı dünyasını dəyişib.