Müğənni Rəhim Rəhimli "ATV maqazin onlarla" verilişinə qonaq olub. 

Unikal.org xəbər verir ki, müğənni  "33 Sual" rubrikasında maraqlı açıqlamalar  verib.  Belə ki, Rəhim telefonun oğurlanmasından bəhs edib. O bildirib ki, həmkarlarından birinin köməkçisi onun avtomobilini soyub:

"Avtomobilimin yanından keçib və telefonumu götürüb. Səhər Sevda Yahyayeva zəng edir. Deyir, hara göndərim pulu? Deyirəm nə pul? Qayıtdı ki, yazmısan 1500 pul lazımdır. Nazpəri Dostəliyevadan 4 min istəyib. Sevda zəng edib ki, gəl filan yerə pulu verim. Adam gəldi, tuta bilmədik, qaçdı. Amma gördük kimdir. Evindən tutub apardılar".