Bakıda yol nəqliyyat hadisəsi baş verib. 

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza Cəfər Xəndan küçəsi ilə Azadlıq Prospektinin kəsişməsində baş verib.   "90-PJ-760" dövlət nömrə nişanlı "Ravon" markalı avtomobillə "Mercedes E Class" toqquşub.  

Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub. Qəza nəticəsində yaralanan   "Mercedes E Class"ın sürücüsü təcili olaraq xəstəxanaya çatdırılıb. 

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzanı törədən sürücülərdən biri "Son zəng" məzunu olub.

Aygün İlqarqızı