1994-cü ildə məşhur “Nirvana” rok qrupunun 27 yaşında intihar edən üzvü Kurt Kobeynin çəkdiyi karikatura avtoportreti hərracda satılıb.

Unikal.org xəbər verir ki, ifaçının 1992-ci ildə Sinqapur turu çərçivəsində çəkdiyi avtoportret "Juliens" hərrac evində 281 min dollara (təxminən 477 min 700 manat) qarşılığında yeni sahibinə verilib.

Sənətçi özünü təsvir etdiyi rəsm əsərinə "Kurt Kobeyn rok ulduzudur. Mən ifa edə bilmirəm və bu vecimə də deyil" sözlərini qeyd edib.