“Hazırkı dövrədək Gürcüstanda koronavirusun Hindistan ştammına 18 yoluxma halı təsdiqlənib”.

Unikal.org xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze deyib.

O bildirib ki, virusun təhlükəli növü əsasən digər ölkələrdən qayıdan Gürcüstan vətəndaşlarında aşkarlanıb.