Bu gün Bakıda axşam saatlarında Gülüstan Sarayının yaxınlığında, Teymur Elçin küçəsində otlaq ərazidə yanğın baş verib.

Unikal.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 yanğınsöndürən texnikası hadisə yerinə cəlb edilib.

Yanğın nazirliyin yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.

Ətrafda olan heç bir ağac yanğın zamanı zərər görməyib.