Azərbaycanda 66 yaşlı kişi ilə 48 yaşlı qadın eyni gündə itkin düşüb.

Unikal.org xəbər verir ki, Qazax rayon sakini, 1955-ci il təvəllüdlü Quliyev Nazim Muxdar oğlu və Ağstafa rayon sakini, 1973-cü il təvəllüdlü Zabella Cəfərova Pənah qızı 2021-ci ilin fevral ayında evdən çıxıb və bu günə kimi onlardan heç bir məlumat yoxdur.

Hər iki şəxsin birlikdə qaçdığı iddia edilir.

Qeyd edək ki, N.Quliyev ailəli, Z.Cəfərova isə subaydır.