Ermənistanda növbədənkənar parlament seçkilərində səslərin 100 faizi hesablanıb.

Unikal.org erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Belə ki,  ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçkilərdə 53,92 faiz səs toplayıb. Paşinyanın partiyasına təkbaşına hökuməti formalaşdırmaq üçün 0,08 faiz səs çatmayıb.