ABŞ-ın Alabama ştatında magistral yolun 222-ci kilometrliyində baş verən şiddətli fırtına səbəbindən zəncirvari yol qəzası baş verib. 

Unikal.org xəbər verir ki, 18 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 9-u uşaq olmaqla 10 nəfər ölüb. Qəzadan sonra avtomobillərdən biri yanmağa  başlayıb. Hadisə  yerinə xilasedici  qüvvələr  cəlb  olunub.