Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Talış kəndi ərazisində çəkisi 1 ton 210 kiloqram olan 2200 ədəd çətənə kolu yandırılaraq məhv edilib.