Hindistanda vüsət alan "qara göbələk" xəstəliyi  Argentinada da görülüb.  

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə  Nazirliyi məlumat yayıb.  Belə ki, xəstəxanada koronavirusdan müalicə alan şəxsdə  qara göbələk infeksiyasına rast gəlinib. Bundan sonra xəstə xüsusi  otağa salınıb. Həkimlər  infeksiyanın yayılmaması üçün xüsusi  tədbirlər görüblər. Nazir bunun ölkədə ilk olduğunu  açıqlayıb. 

Qeyd edək ki, Hindistanda təxminən 10 min insanın yoluxduğu qara göbələk xəstəliyi, 200-dən çox insanın ölümünə səbəb olub. Ölümcül infeksiya bir müddət  əvvəl də İraqda və  Meksikada görülmüşdü.