Bir vaxtlar tarzən kimi tanınan Vahid Bağırov müflis olub.

Unikal.org xəbər verir ki, küçələrdə qalan musiqiçi "Elgizlə izlə" proqramına müraciət edib. O bildirib ki, 1 aydır küçədə yatır:

"Evlərim, maşınlarım var idi. Sovetskidə bir ev aldım. Müəyyən adamlar başıma yığışdı. Axırda gördüm ki, bu ev də əlimdən çıxıb. Ağılsızlıqdan bu hala gəldim. Maşınlar məni yoldan çıxardı. Bir neçə maşın aldım, başım qarışdı. Axırda da belə oldum. Etdiklərimə görə məni çarmıxa çəkmək lazımdır. İki-üç gündür "Kəlmeyi şəhadət"imi öyrənirəm".