"Eurovision 2021" təmsilçisi Samirə Əfəndi Yunanıstana yollanıb.

Unikal.org xəbər verir ki, müğənni "Open TV" də səhər proqramının qonağı olub. O, müsabiqədə 21-ci yeri tutmasına görə məyus olduğunu deyib:

"Əsas odur ki, tamaşaçıların qəlbini və sevgisini fəth etdim. Mənim üçün ən önəmlisi bu idi".

Qeyd edək ki, Yunanıstanda Samirəyə "Mad VMA21" mükafatı veriləcək. Tədbir iyunun 25-də baş tutacaq.