Aktrisa aktrisa Pərvin Abıyeva "Həmin Zaur" proqramına qonaq olub. 

Unikal.org xəbər verir ki,  aktrisa  proqramda maraqlı açıqlamalar verib. Belə  ki,  Pərvin Abıyeva aldığı hədiyyələrdən danışıb:

"İndiyənə kimi aldığım ən bahalı hədiyyənin qiyməti 30 min olub. Ziynət əşyası idi. Başqa hədiyyələri deməyim".

Ailəsindən də  danışan Pərvin "Evdə deyirlər hamının qızı ərə getdi, Pərvin qalıb" sualına "Atam tez-tez deyir, eşitdirir. Görür özümdə işə yaramır, bacıma deyir. Atam anamı qaçırdıb. İkisi də Bakıda təhsil alıb. Həmin vaxt tanış olublar. Ərə gedəndə ər mənə baxacaq. Hər qadın istəyir ər çörəyi yesin",- deyə bildirib.