ABŞ-ın Florida ştatının Mayami Deyd dairəsində binanın çökməsindən sonra 159 nəfərin taleyi naməlum qalır.

Unikal.org xəbər verir ki, hadisə nəticəsində 4 nəfərin cansız  bədəni dağıntılar altından çlıxarılıb. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

***09:51

Xəbər verdiyimiz kimi, ABŞ-ın Florida ştatında 12 mərtəbəli bina çöküb. 

Unikal.org xəbər verir ki,  hadisə  yerinə xilasedicilər  cəlb olunub.  Belə ki, 3 nəfərin cansız bədəni aşkarlanaraq, ailələrinə təhvil verilib.  Səlahiyyətli şəxslər  binadan 35 nəfəri çıxardıqlarını  və daha 100 nəfərin axtarışının davam etdiyini  bildirib.  

Axtarışlar davam edir. 

****

ABŞ-ın Florida ştatının Miami şəhərində çoxmərtəbəli bina çöküb. 

Unikal.org xəbər verir ki,  hadisədən sonra bölgəyə polis, xilasetmə və axtarış qurtarma qrupları göndərilib. İtkilərin olub-olmadığı barəsində ərazidə  axtarış işləri  aparılır. 

12 mərtəbəli olduğu və 1981-ci ildə inşa edildiyi bildirilən binanın çökmə səbəbi məlum deyil.