Masazırda 1 ha sahədə təkər tullantıları, quru ot və qamışlıq yanıb.

Unikal.org-un nazirliyin saytına istinadən xəbərinə görə, yanğın Mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

xxx

19:33

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub.

Unikal.org-un nazirliyin saytına istinadən xəbərinə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, hadisə ünvanında quru ot, kol-kos və təkər tullantıları yanır.

Əlavə məlumat veriləcək.