Bu gün ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Vətən Müharibəsində şücaət göstərən şəxslər müxtəlif orden və medallarla təltif edilib.
Unikal.org xəbər verir ki, Vətən müharibəsindəki döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün mükafatlandırılanlar arasında Nərimanov rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İbrahimov Tahir Etibar oğlu da var. O, "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub. T.Ibrahimov 44 günlük müharibə başlananadək Nərimanov rayon icra hakimiyyətində məsləhətçi işləyib, Vətən Müharibəsindən sonra icra hakimiyyətində yeni təşkil edilmiş şöbənin müdiri vəzifəsinə irəli sürülüb.