Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yeni dünya müharibəsinin baş vermə ehtimalından danışıb.

Unikal.org xəbər verir ki, o hazırda nüvə pariteti qaldığı üçün dünya müharibəsinin reallaşmasını mümkün saymayıb. Peskov həmçinin xatırladıb ki, prezident Putin canlı yayımda müharibənin mümkün olmadığını açıq şəkildə bəyan edib.

"Biz burada “nüvə bərabərliyi” ilə sığortalanmışıq",- Kremlin sözçüsü bildirib.