“Bizim kifayət qədər vaksin ehtiyatımız var”.

Unikal.org-un məlumatına görə, bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, vaksinlər gəlməkdə davam edir: “Vaksinasiya çərçivəsində xeyli vaksin alacağıq. Həm də ikitərəfli müqavilələrimiz var. Vaksinlər ölkəyə gəlir və əhali üçün əlçatandır. Bundan sonra elmi statistik məlumatlar əsasında hansı vaksinlərə ehtiyac yaranacaqsa, hansı uyğun olacaqsa, ehtiyatlarımızı daim yeniləcəyik”.