Gürcüstan hökuməti bütün sərnişinlər tərəfindən icbari şəkildə koronavirusa dair PCR testi arayışının təqdim olunması qərarını ləğv edib.

Unikal.org xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin aşağıbüdcəli törəməsi - "Buta Airways" şirkətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, uçuşlar öncəki qaydalara əsasən həyata keçiriləcək.