"Rusiya ilə sərhəddə yerləşən Xanoba gömrük postunda tikinti işləri uğurla davam etdirilir".

Unikal.org xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter"də bildirib.

"Bu gün postda aparılan yenidənqurma işləri ilə növbəti dəfə tanış olduq. Yaxın gələcəkdə istifadəyə veriləcək bu post sərhəddə yaranan növbələrin tam aradan qaldırılmasını təmin edəcək", - o qeyd edib.