Roma Papası XVİ Benedikt istefa verir.
O, fevralın 28-də Papalıqdan gedir.

İstefanın səbəbləri barədə məlumat verilmir.

Vatikan bildirir ki, Papanın istefası o deməkdir ki, yeni Papa seçilənə qədər bu vəzifə boş qalacaq.

Adı çəkilməyən Vatikan rəsmisi isə deyib ki, istefa ilə varisin seçilməsi arasında vaxt mümkün qədər qısa olacaq.