ABŞ Hərbi Hava Qüvvələri (USAF) yeni nəsil radarda görünməyən bombardmançı "B-21" təyyarəsinin dizaynı barədə görüntü paylaşıb. 

Unikal.org xəbər verir ki, USAF "B-21" proqramı çərçivəsində mühəndislik və inkişaf araşdırmalarına davam edir. Xüsusilə radardan gizlənə bilən "B-21" bombardmançılar ən görünməz təyyarələrdən biri kimi Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələrinə xidmət edəcək.

Bildirilir ki, "B-2" bombardmançısına bənzər şəkildə hazırlanan yeni nəsil "B-21 Raider" 900 milyon dollar dəyərində iki müqavilə əsasında hazırlanacaq. Bombardmançılar nüvə başlığı daşıya bilən uzaqmənzilli qanadlı raketlərə sahib olacaq. 

Ağarza Elçinoğlu