İyulun 11-də Azərbaycanda zəlzələ olub.

Unikal.org  Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən bildirir ki, zəlzələ yerli vaxtla saat 15:27-də Naxçıvan Respublikasının Şərur rayonunda qeydə alınıb. Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3 -ə bərabər olub.

Zəlzələ hiss olunmayıb.