Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Hacıkənd qəsəbəsində ”Shacman” markalı yük avtomobilinin yol kənarındakı yaşayış evinə çırpılması barədə məlumat daxil olub.

Unikal.org  nazirliyə istinadən xəbər verir ki, hadisə yerinə Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.