Gəncədə bədbəxt hadisə baş verib.

Unikal.org-un verdiyi xəbərə görə, hadisə şəhərin Adil İsgəndərov küçəsində yerləşən binaların birində qeydə alınıb.
Belə ki, təxminən 3-5 yaşı arasında olan oğlan uşağı binanın 3-cü mərtəbəsindən yıxılıb. Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.