Bolqarıstanda erkən parlament seçkilərində səsvermə sona çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, saat 20:00-da ölkədə 13 minə yaxın seçki məntəqəsi bağlanıb və seçki komissiyaları səsləri saymağa başlayıb.

Qeyd  edək ki,  Bolqarıstan Xalq Məclisində (parlamentdə) 23 partiya və koalisiyaların nümayəndələri 240 yer uğrunda mübarizə aparıblar.